Ayiz   Bəniz - Aprel çiçəkləri

Ədəbiyyat 10:35 / 05.04.2026 Baxış sayı: 235

 

İndi, bu an, bu dəqiqə,

aprel ayının bu günündə,

yolun tam kənarında,

meşədən çox uzaqda,

kənddən çox uzaqda,

bu ağacın altında

əyləşməyən nə bilsin,

nə duysun bizi...

Çiçəklərdə arılar

elə gözəl vızıldayır,

elə xoş vızıldayır,

Bal kimi

canıma yayılır səsləri...