Vahid Aslan - Unudulan yollar

Gündəm 17:05 / 05.04.2026 Baxış sayı: 278

 

Dərənin başında bir yol dayanıb,

Baxır uzaqlara əli qaşında.

Nə qədər göynəyən xatirə qalıb,

Bu tənha yolların daş yaddaşında.

Bu yollar nələrin şahidi olub,

Dindirsən danışar nəfəs dərmədən.

Düşünür, darıxır, gözləri dolub,

Geriyə dönməyir gedənlər nədən?!.

Yolları unudan adamlar ki, var,

Gözləmə kiminsə dadına çatsın.

Adamsız darıxan bu yollar ki, var,

Qorxuram dərədən özünü atsın...

27.03.2026