Kəmaləddin Qədim -  ƏLİNDƏ

Ədəbiyyat 11:22 / 05.04.2026 Baxış sayı: 315

 

Tanrım, dünyanın xeyri,

şəri sənin əlində.

Dərddən başqa nə gəldi

bəri sənin əlində?

 

Girovam, vaxta girov,

Taleyə, bəxtə girov.

Ölü bərzəxdə girov,

diri sənin əlində.

 

Hər yetən dil uzatdı,

Ruzimə əl uzatdı.

Çəkildim addım-addım

geri sənin əlindən.

Bu sən, bu yurd, bu ölkə,

Nə qorxun var, nə kölgən.

Tutub alıblar bəlkə

yeri sənin əlindən?..