Elçinin pyesi əsasında hazırlanan tamaşa Cənubi Koreyada yenidən səhnəyə qoyulacaq

MƏDƏNİYYƏT 15:32 / 03.04.2026 Baxış sayı: 370

Azərbaycanın Xalq yazıçısı Elçin Əfəndiyevin “Cəhənnəm sakinləri” pyesi əsasında Cənubi Koreyada hazırlanan məşhur “Gecəyarısı: aktyor-musiqiçi” musiqili tamaşası bu ölkədə yenidən səhnəyə qoyulacaq.

AZƏRTAC xəbər verir ki, koreyalı aktyorlar və musiqiçilər tərəfindən reallaşdırılacaq tamaşa Seul şəhərində aprelin 8-dən gələn ilin fevralınadək bir neçə dəfə nümayiş olunacaq.

Bununla yanaşı, tamaşaya dair məlumat Cənubi Koreyanın “Dailian”, “New Daily” və digər media orqanlarında işıqlandırılıb.

Qeyd edək ki, “Cəhənnəm sakinləri” pyesi əsasında hazırlanan “Gecəyarısı: aktyor-musiqiçi” tamaşası ilk dəfə 2017-ci ildə Seulda nümayiş olunub.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin