Xəyalə Sevil - Biz ki qışın şaxtasında...
Biz ki qışın şaxtasında
Donduq, isti sevgidi də.
Niyə bacara bilməyək?
Altı-üstü sevgidi də.
İsidirsən, qalın gəlim?
Başıaçıq, yalın gəlim.
O mahnıda deyirdi e,
Ay pətəyim, balım, gəlim?
Niyə qədrimi bilmirsən?
Bir inanmaq hissin olsun.
Qoymuram dərdimdən ölən
Bax, səndən özgəsi olsun.