Qubada qaya parçaları yola düşüb - 10 kəndlə əlaqə kəsilib - VİDEO

MƏMLƏKƏT 12:47 / 19.04.2025 Baxış sayı: 1504

Qubada qaya parçaları yola düşüb.

Yenises..az xəbər verir ki, hadisə Quba-Qonaqkənd yolunun "Təngə dərəsi" adlanan ərazidən keçən hissəsində baş verib.

Nəticədə 10-dan çox yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib. Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Yolun açılması istiqamətində işlərə başlanılıb.