Qafqaz Quruçaylı : - GETDİ…

Ədəbiyyat 09:49 / 06.01.2025 Baxış sayı: 690

TƏYYARƏ QƏZASINDA DÜNYASIN

DƏYİŞƏN XALQIMIZIN İGİD QIZI

HÖKÜMƏ XANIMA İTHAF EDİRƏM…

 

Kəlbəcərin gülü,çiçəyidi,o

Elin gözliydi,göyçəyiydi,o

Əsil insanlığın gerçəyiydi,o

Bürünüb buluda,dumana getdi

 

Heyif,bu dünyadan bir ana getdi…

Təskinlik söhbətə,nə sözə qaldı

Arzular ürəkdə tər,təzə qaldı.

Səmada ölümlə üz-üzə qaldı,

Lənət olsun belə zamana,getdi

Heyif,bu dünyadan bir ana getdi…

 

Sən sevgi simvolum,sən qeyrət tacım,

Göylərdən,yerlərdən yoxmuş əlacın.

Ölümü öldürən ölümsüz bacım,

Üz tutub sonuncu gümana,getdi

Heyif,bu dünyadan bir ana getdi…

 

Zülmət gecələrə mayaq olsa da,

Ruhuyla,ağlıyla oyaq olsa da.

Neçə insanlara dayaq olsa da,

Özü də boyanıb al qana,getdi

Heyif,bu dünyadan bir ana getdi…

…30-12-2024…