Lilpar Cəmşidqızı : - VAR
QƏZƏL
İsmim yazılıb alnına, qəlbində yerim var,
Gəldiim sığınım köksünə, gördüm, dəyərim var.
Zülmət gecəni nur kimi aydınlada bildim,
Sevda günəşim parlayır artıq, səhərim var.
Bir xanəyə me'mar əli dəysin gərək, ey dil,
Eşq aləminin saldığı kəndim, şəhərim var.
Yarın səsi dindirdi mənim qəlbimi bir gün,
Atlandı ürək köksümə bildim, kəhərim var.
Bir sevgi-məhəbbət sözünün vurğunu oldum,
Artıq bahar eşqim cücəribdir, bəhərim var.
Pünhan eləyər eşqi, yalan söyləməz aşiq,
Ey dil, səni məhkum eləyən bir nəfərim var.
Lilpar kimi aləmdə sevib, şair edibdir,
Şükr eyləyirəm Tanrıya, ölməz əsərim var.