Kəramət : - Çılğın yaz havası..

Ədəbiyyat 06:10 / 04.10.2024 Baxış sayı: 652

::xxx

Çılğın yaz havası..unutmaq olmaz

xatirə xəzəllər qucaq dolusu

"Heyf" də demərəm, gedənlər gəlməz

Yarı-yarımçıqdı ömür tablosu

 

əlçatmaz, ünyetməz sevdalar gözəl

ömrə zaval yoxdu, qorxma qəzadan

əlim unudulan əlləri gəzər

yaşanan illəri yaşar təzədən

 

nə gəlib... bəlalı başına gəlib

bəzən günəşi də qürub qurtarır

sonuncu sərnişin yuxuya dalıb

depoya yollanır ömür qatarı