Əlizadə Nuri :- Salam olsun...

Ədəbiyyat 05:58 / 04.10.2024 Baxış sayı: 544

 

Yaxınları öpüb keçdim,

Uzaqlara salam olsun.

Hər gün bir arzu böyüyən

Uşaqlara salam olsun...

 

Salam, ŞƏHİD, salam, QALAM!

Ay ömrü sətirdə qalan...

...Oğul ölən,açıq qalan

Qucaqlara salam olsun..!

 

Göy üzüymüş üzüldüyüm ,

Öz adımmış bu sildiyim.

Tüstüsündə isindiyim

Ocaqlara salam olsun...