Kəramət : - NSAN HEYVANAT BAĞÇASI

YAZARLAR 08:06 / 05.10.2024 Baxış sayı: 267

ŞƏRQ -bu dünyada yaradılan

CƏHƏNNƏM

....və yaxud cənnət niyə və necə cəhənnəmə döndü?

HƏYATın əsli adı təzələnmə ,DƏYİŞİMdir, yəqin Kİ, normal olan hər kəs qəbul edər. Addımlamaq geriyə sayılmadığı kimi Dəyişim adı altında yaddaşımızın keçmişinə qayıtmaq da , mühafiizə olunan keçmişi gələcəyə daşımaq da HƏYAT sayılmaz.

Fikir vermişəm ŞƏRQ ŞEİRİNDƏ keçmiş zaman şəkilçisi həddən artıq çox işlənir. Özü də "göz yaşı", "baş daşı", Qəbir" kimi çarəsizlik aşılayan əhvali-ruhiyyəylə sonlanır, təbi ...rüzgar əkərsən, tufan biçərsən.Yəni ŞƏRQ-MÜSƏLMAN ÖLKƏLƏRİ KEÇMİŞLƏ YAŞAYIR-ÇÜRÜYÜR. Ruhən də, əqlən də. O həddə ki, "postmodern" gənc Azərbaycan şairi deyir ki, Şair (adam) 40-45 il yaşayar, ondan əvvəlki başıxarab xalq şairi də "Mən sənsiz ölmədim, məni bağışla" saxta (indi 80 yaşı var, Allah 150 il ömür versin) fikrləri virus kimi yayır əhali arasına və beləliklə, kütlə saxtakar olur.

Şərqin ruh-əqli halı KEÇMİŞdə qalması və çürüməsidir.

İki aparıcı müsəlman ölkəsi - İran və Türkiyə şəriət zehniyyətiylə idarə olunur. Məshəbçiliyilə biri-birinə də düşmən. İrana Şahı devirib Fransadan molla rejimi gətirildi, Türkiyəyə isə Cümhuriyyət-Atatürk müasir baxışı məhv etmək üçün imam rejimi ABŞ-dan F. Gülən-Ərdoğan simasında ixrac olundu. Türkiyədə qarşı-şəriət devrimi yaşanır, hələ ki.

"ŞƏRQ BOYDA XARABADA" (Əli Kərim dahiliyi) bu minvalla təhsil-elm, iqtisadiyyat, İNSAN buxovlanır, çürüyür, kim canını qurtarıb gedirsə....qibtə yeri olur.

ASİMOdan-ən ağıllı robotdan demirəm, normal düşüncə-davranışdan uzaq düşürük. Qoy bunu da deyim ki, hansı gücün əsiri olduğumuzu da bilək.

Kaliforniyadakı laborotoriyanın illik büdcəsi 1, 2 milyard dollardır, Laborotoriya bir şəhərcik. Burada 6800 alim çalışır.

Beyin Ensiklopediyası yaradılıb dünya üzrə və ölkələr üzrə beyin xəritəsi çıxarılıb; yəni hansı ölkədə çoxluğun maraqları, keçmiş tutqularının kodları və sairə ...buna uyğun olaraq da harada "NƏ ƏKİB-BECƏRMƏK OLAR" müəyyənləşdirilir, kütlə ora yönləndirilir.

Beləcə İNSAN HEYVANAT BAĞÇASI. Yadınıza salım ki, insan DNA-sı şimpanzelərdən yalnız 1,5% fərqlidir.

Bu münaqişə-müharibələrin ssenarisini yazanlar filmin sonunun sonrasını da bilirlər, biz sadəcə tamaşaçılar, verilmiş rola uyanlarıq....

Bizdə isə hamıdan hərşey olar, yəni heçnə...profilə uyğunluq heçkimləşmədir.

Utopiyadan qurtulmuruq, Distopiya müalicəsi almalıyıq.