İSMAYIL MƏRCANLI İMANZADƏ : - MƏNLƏ İŞİNİZ OLMASIN...

Ədəbiyyat 17:22 / 21.06.2024 Baxış sayı: 4638

 

Alışsam çətin sönərəm,

Oda-közə bükülmüşəm.

Kəlmə-kəlmə ovxalanıb

Kağız üstə tökülmüşəm.

 

Oxatan olsa da bürcüm,

Nə polad, nə tunc deyiləm.

Kölgəmi görcək hürkməyin,

Bədheybət, qorxunc deyiləm.

 

Üzüm ağdı, alnım açıq,

Yamanlıqla yoxdu aram.

Bilən-bilir, yaxşıların

Cərgəsində mən də varam.

 

Saflaşıb Haqdan gəlmişəm,

Ruham, göy adamıyam.

Misra-misra damcılayan

Sözün şipşirin tamıyam...

 

Hər yaşın öz ahəngi var,

Qoy, kimsə tənha qalmasın.

Cəngdən-savaşdan qaçıram,

Mənlə işiniz olmasın...

20.06.2024

 

 

10Şakir Xanhüseyn, Elşən Əzim və başqa 8 nəfər