Irade Aytel : - QALMAYA

Ədəbiyyat 17:05 / 24.12.2024 Baxış sayı: 2300

İlqar  TÜRKOĞLU : -

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin bir qismi zaman-zaman xoş xatirələrlə xatırlanıb, bir qismi haqqında müxtəlif fikirlər, bir qismi haqqında isə macəralarla dolu lətifələr söylənilib. Bu şəxslərin əksəriyyəti ədəbiyyata yeniliklər gətirməklə yanaşı yeni istedadların yeişməsində təmənnasız olublar. Bununla belə, özündənrazı-eqolu, hər şeyə qulp qoyanlar da az olmayıb.

Yaradıcılığını və xətrini çox istədiyim İradə Aytel bugünkü istedadlı gəncliyi dəyərləndirən, onların yaradıcılıq nümunələrini istər fb, istərsə də rəhbəri olduğu saytda təbliğ edən, bəlkə də, yeganə aydınımızdır. At izinin it izinə qarışdığı bir zamanda, “itotu-bağayarpağı” misraları ilə qafiyələnənlər, ən azından bu istedadlardan ibrət götürüb “öz işləri”nin dalınca getməyə üstünlük verər.

Ənənəni pozub, qəlbimin közündə isitdiyim İradə Aytel şeirlərindən bir nümunə də mən paylaşıram:

 

Günah işləyəsən xirtdəyə qədər,

Tutunub çıxmağa yer də qalmaya!

Bütləri sındırıb, qan eləyəsən,

Arzu bağlamağa pir də qalmaya!

 

Mələklər hər yana salalar soraq,

Savab axtaralar əllərdə çıraq.

Göy yerə tökülə, hey varaq-varaq,

Nə "Quran", nə "Zəbur" sirr də qalmaya!

 

Öləsən, bir əsgər qoşunnan çıxa,

Əməl qul Əcəlin huşunnan çıxa,

Allahın tüstüsü başınnan çıxa,

Qanın bu qadalı yerdə qalmaya!