İMAM CƏMİLLİ-dən İKİ ŞEİR
Şəcərəsiyəm.
Bu şeirim çoxdan kitabda çap olunub dostların xahişilə təkrar oxucularıma təqdim edirəm.
Məni tanıyanlar yaxşı bilirlər,
Misgin Abdallının, törəməsiyəm.
Cənabi Əlinin İmam Hüseyninin,
Tarixdə yaşayan, şəcərəsiyəm.
Şərəfli yolum var Haqqın, səsiyəm.
Allahın yoluylə gəlib əcdadım,
Pirlər dərgahıdı böyük ustadım.
Elə müqqəddəsdi yaxşı bil adım,
Atamın, Anamın,səmərəsiyəm.
Şərəfli yolum var Haqqın, səsiyəm.
Xudam verən camım doludu, dolu,
Addayıb gəlmişəm müqəddəs yolu.
Boynuma dolanıb Ağamın qolu,
Mələklərlə gəzən göylər, əhliyəm.
Şərəfli yolum var Haqqın, səsiyəm.
Möcuzələr ilə, doludu ömrüm,
Halallıq, səxavət, yoludu ömrüm.
Hər an səcdədəyəm, bəllidi, ömrüm,
Qartal yuva salmış dağlar köksüyəm.
Şərəfli yolum var, Haqqın, səsiyəm.
Dost oldum, dostumu, qəlbdən sevirəm,
Haqqa qovuşmağa hey yol gedirəm.
Təbim coşan zaman elə bilirəm,
Gözə görünməzin şən nəğməsiyəm.
Şərəfli yolum var Haqqın, səsiyəm.
Dəryada batmaram odda yanmaram,
Şər donu geyinib, haqqı danmaram.
Xəbislə, namərdlə bir dayanmaram,
Ola dərdsiz dünya, çox həvəsiyəm.
Şərəfli yolum var Haqqn səsiyəm.
Cəmilliyəm, yaradana yaxınam,
Behişdən, Cənnətdən gələn qoxuyam.
Sirlə dolu açılmayan, yuxuyam,
Bu dünyanın bağlı qalan kəsiyəm.
Şərəfli yolum var Haqqın, səsiyəm.
Mən İmam Hüseynin Şəcərəsiyəm.
İmam Cəmilli
Müharbədə yaralanan zaman hisslərimi qələmə almışam.
ŞƏHİD DÜNYASI
Mərmilər qoynunda göyə qalxırdım,
Göydən yerə Mələk kimi baxırdım.
Bu anımda ölməməkdən qorxurdum,
Şirin imiş Şəhidliyin vüsalı,
Necə xoş olurmuş Şəhidin halı.
Elə bir müqərrəm qlxsamda göyə,
Daha ehtiyacım yoxdur köməyə.
Heç vaxt istəmirəm yerə düşməy
Ruhumun göylərdə olmaz məlalı,
Necə xoş olurmuş Şəhidin halı.
Ayə eşidirəm hər an “Quran”dan,
Nolar ayırmayın məni bu andan.
Ağrılar bir yolluq çıxıbdı candan,
Görünməz gözümə dünyanın malı,
Necə xoş olurmuş Şəhidin halı.
Bu elə zirvədi əl çatan deyil,
Hər gün bu zirvəyə etmişəm meyil.
Şükürlər olsunki, olmuşam nail,
Ya Hüseyn bağından salma aralı,
Necə xoş olurmuş Şəhidin halı.
Dayanmışam sərhəddində ölümün,
Məndən özü qorxur indi zülümün.
Allahuəkbər əzbəridi dilimin,
Içimdə boy atıb Şəhid xəyalı,
Necə xoş olurmuş Şəhidin halı.
Qışqırıb deyirəm toxunma mənə,
Bax cənnət görünür indi gözümə.
Heç bir ehtiyacım yoxdur məlhəmə,
Mən istəməmişəm cəhi-cəlalı,
Necə xoş olurmuş Şəhidin halı.
Tarixə yazılam qələbə çalım,
Bu dünyadan o dünyaya ucalım.
Bağlama yaramı qoy Şəhid olun,
Məni bu sevgidən salma aralı,
Necə xoş olurmuş Şəhidin halı.
Qaytardın ölümdən pisləşdi halım,
Mənu xoş məqamdan ayırdın zalım.
Qoymadın arzumla baş-başa qalım,
Imamın Şəhidlik olub amalı,
Necə xoş olurmuş Şəhidin halı.