Horovluya  növbəti köç karvanı yola salınıb

MƏMLƏKƏT 09:55 / 27.11.2025 Baxış sayı: 2610

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Yenises.az  xəbər verir ki, bu mərhələdə Cəbrayıl rayonunun Horovlu kəndinə 38 ailə, 139 nəfər köçürülüb.

Qeyd edək ki, Cəbrayıl rayonunun Horovlu kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.