Şakir Xanhüseyn- Yaş gətirmə tərəzinin gözünə

Ədəbiyyat 10:17 / 14.03.2026 Baxış sayı: 125

***

Yaş gətirmə tərəzinin gözünə-

çəki daşı; onu nə yon, nə də oy.

Tərəzinin hər gözünə, özündə

təmizliyi barındıran bir söz qoy...

Tərəzinin gözü dedim, ürəyim

işığıyla işıqlandı bu sözün;

Doğruluğa, dürüstlüyə, düzlüyə,

insan, elə tərəzi ol

sən özün...

Haqqı görən gözlərin də tərəzi,

dərd çəkirsən

misqal-misqal, ya tonnan?

Tərəzini düz çəkməyin gərəkdi,

həmişə düz olmalısan sən onnan...

Min çəkidə eyləsən bir səhv əgər,

Tanrı sənlə arasına sədd çəkər...