Böyük insan...

YAZARLAR 19:52 / 13.03.2026 Baxış sayı: 169

 

Dostlar, gəlin etiraf edək ki, yaş ötdükcə gənclik ehtirası, cavanlıq becidliyi bizi tərk edir. Bəzən harayasa getməyə, hansısa tədbirdə iştirak etməyə təpərimiz yetmir və illər ötdükcə sağlamlığımızda yaranan problemlər bizi rahat buraxmır. 80 yaşlı bir adamın xeyir-şərdən qalmaması, hələ də dəvət olunduğu tədbirlərdə ərinmədən iştirak etməsi böyüklük əlaməti deyilmi?..

Bir dəfə özüm saymışam, Sabir Rüstəmxanlı bir ayın ərzində 28 toya dəvət edilmişdi. Onların yarısı partiyadaşları idilərsə, yarsı da dost-tanış, qohum-əqraba idi. Heç birindən də imtina etmədən toylarında iştirak edirdi. Bir gün ərk edib ondan soruşdum- yəni bu toyaların arasında gedilməyəsi toy yoxdurmu ki, hamısına həvəslə gedirsən? Nə cavab versə yaxşıdır- mümkün deyil, hər birinə xüsusi hörmətim var, necə getməyə bilərəm?..

Amma onun öz övladının xeyir işində getdiyi adamların böyük əksəriyyətini görmədim. Yəni toylara atdığı pulların hamısı getdi "gedər gəlməzə". Necə deyərlər, nə çatar, nə də ki, batar. İndi əzizlərim, həqiqətən də böyüklüyün, nüfuzun yaxşı cəhəti varsa, maddi məsrəfləri də çoxdur...

...Bəli, bu il 80 yaşını qeyd edəcəyimiz xalq şairi Sabir Rüstəmxanlı böyük insandır. Ona möhkəm can sağlığı, ağrı-acısız günlər arzulayıram...

Səni Allah ucaldıb,

Heç kim endirə bilməz…

Adın tarixə düşüb,-

Min il ötsə silinməz!..

Hörmətlə, Elman Eldaroğlu