Ələsgər ƏLİOĞLU - AVTOPORTRET ƏVƏZİ

Ədəbiyyat 17:33 / 14.03.2026 Baxış sayı: 185

 

(Atüstü bir şeir)

 

Sərt olmuşam hər qayaya, hər daşa,

Qoymamışam şər yaxamdan sallaşa...

Üz tutrmuşam istəyimə birbaşa,

Dönməmişəm nə sağa, nə sola mən.

 

Yalanlara zillənəndə gözlərim,

Hikkəsini duymuşam çox gürzənin...

İstəmişəm ocaq təki közərim,

Getməmişəm ürəyimlə yola mən.

 

Yaltaqların ömrü-günü bürkülü,

Hamısdı da qalıb boynu bükülü...

Bünövrəsi qürurumla tökülüb-

Ucaltmışam içimdə bir qala mən.

 

Aldanmayıb gözüm süni görkəmə,

Yaltaqlığı almamışam tərkimə...

Ömür boyu sığınmışam kölgəmə,

Sinməmişəm bir qoltuğa-qola mən.

14.03.2026