Elşən Əzim - SƏNSİZ
Ədəbiyyat
10:00 / 14.03.2026
Baxış sayı: 1383
Gəlir bahar, gəl ay Gündüz
Yoxdur daha yazım sənsiz.
Sazımı da sən almışdın
Susub evdə sazım sənsiz .
Daş dərdini daşımağa,
Daş ürək ver, daşım, qağa.
Səndən sonra yaşamağa,
Yoxdu məndə dözüm sənsiz .
Dəbilqəmdin, günlüyümdün,
Bayramımdın, şənliyimdin.
Varlığımdın, mənliyimdin,
Hanı Elşən Əzim sənsiz?