Həzi Həsənli : -Şükür, bu ötən günə də

Ədəbiyyat 11:35 / 16.06.2024 Baxış sayı: 955

Dostlar bir-bir çıxıb gedir,

Sanki sutək axıb gedir...

Dünyanı buraxıb gedir,

Tanrım, bir yol aç mənə də

 

Göyüzündə bulud görüm,

Gözlərində umud görüm,

Ovut məni, ovut görüm,

Şükür, bu ötən günə də

Şükür, bu ötən günə də

Dünyanı tutub duranam?

Mən də sənin öz balanam.

İnanım şirin yalana...

Gedənlər gəlir yenə də

15.06.2024