Həzi Həsənli : -  İKİ  DÖRDLÜK

Ədəbiyyat 15:41 / 01.08.2024 Baxış sayı: 1916

Öz içinin havasıyla yaşarsan,

Duyğulanıb sözü- sözə qoşarsan,

"Araz aşığından, Kür topuğundan,"

Nə daşarsan, nə həddini aşarsan...

31.07.2024

Nadanın birisi könlünə dəymiş,

Gülə bax, başını çiynimə əymiş,

Mən gedərəm, könlüm getməz,

İlahi, könülsüz yaşamaq nəymiş?!

01.08.2024