Faiq Balabəyli : - ÖMÜR

Ədəbiyyat 08:03 / 13.06.2024 Baxış sayı: 3558

 

Ömürdü də... guya yaşayırıq. Ətraf çirkabdır, natəmizlikdir, qorxulu deyil, görürsən, yan keçirsən. Qorxulu olan odur ki, gözünlə gördüyün gözəllikdən, doğmalıqdan çirkab, his-pasaq, namərdlik püskürə. Ömrü də belə yaşayasan...

 

Hər gün yatım, oyanım

Bezdirim səni, ömür.

əlimlə, ayağımla

Gəzdirim səni, ömür.

 

İllərim sır-sıradı

Bilmirəm heç haradı,

Mən bir oyun yaradım,

küsdürüm səni, ömür.

 

Görürsən bu dəryada

Eşidilmir səs -səda.

Nə gəmi var, nə ada-

Azdırım səni ömür…