Əşrəf Veysəlli  -  DÜNYA GÖZƏLDİR

Ədəbiyyat 10:25 / 10.02.2026 Baxış sayı: 383

 

Həlim dünya , sərt dünya,

mələk dünya gözəldir.

Hər açılan sabahı-

çiçək, dünya gözəldir.

 

Açıldıqca solmayan,

bir kimsəyə qalmayan,

bərabəri olmayan,

bu tək dünya gözəldir.

 

Ey könül, uşaq olma,

dərdindən uzaq olma.

Üzünə çox ağ olma,

əl çək, dünya gözəldir.

 

Elə ki dan sökülər,

üzündən nur tökülər.

Mən ağlaram,.. o gülər,

demək , dünya gözəldir.

2000- ci il.