Elşən Əzim : - Gözlərim qoşa pəncərə...
jpg-1743041028.jpg)
Əsəbim içimdə dustaq,
Özümdən çıxmıram daha.
Öz əlimin altındayam,
Sözümdən çıxmıram daha.
Gözlərim qoşa pəncərə,
Şüşəsi toz, aynası tor.
Zaman hörümçəkmiş demə,
Tor toxuyur bu gorbagor.
Gözümdə qalan arzular,
Gözümdəki tora düşür.
Kətana yüz rəng çəkirəm,
Bu həyat ağ-qara düşür.
Öz başıma dolanıram,
Özümdən müqəddəs Pir yox.
Özümdən çıxmağa qapı,
Özümdən getməyə yer yox.