Elnur  Uğur  Abdiyev : - Hər sözdə yaşarır gözüm...

Ədəbiyyat 21:02 / 29.03.2025 Baxış sayı: 744

Hər sözdə yaşarır gözüm,

Sözü soğantək soyuram.

Hər heca üstə əsirəm,

Şeirə ürək qoyuram.

 

Hecam əsrlərin qəsri,

Sətrim haqlar min- min əsri.

Surətin məxrəcin kəsrin,

Tamdan natamam oyuram.

 

Ağlayır misramda adlar,

Doğmamsız, oxuyan yadlar.

Hərf- hərf inlər kaman, udlar,

Hər bənddə ahdan duyuram.

 

Mənəm də sözün heykəli,

Baxın eşqdən açıq əlim.

Ey mənim şeir sevgilim,

Sənlə hər gündən doyuram.