QURBAN ƏHMƏD.- GƏLİR

Ədəbiyyat 19:02 / 30.03.2025 Baxış sayı: 836

 

Dağlar, qoynuna al məni,

Düzündən gül ətri gəlir.

Sənə doğru yol gedirəm,

İzimdən gül ətri gəlir.

 

Güldən, çiçəkdən yazıram.

Arzu, diləkdən yazıram.

Nə yazsam, qəlbdən yazıram,

Sözümdən gül ətri gəlir.

 

Vurğunuyam oylağının,

Al laləli yanağının,

Min nemətli torpağının,

Üzündən gül ətri gəlir.