Kəramət : - Mütləq ədəbi baxış yoxdu

YAZARLAR 12:55 / 30.03.2025 Baxış sayı: 875

 

İNDİ  eyni istiqamətə, buna atbaxışı da deyilir, (Nitsşenin "Mən at sinəyiyəm" deyimini xatırlayaq), baxış yoxdur. Əlbəttə ki, indiki ədəbiyyatda, sənətin digər növlərində də.

Belə bir yanaşmanı zaman, insanlararası münasibətlə bərabər insanın öz daxilindəki çoxsəslilk diqtə edir.

İbtidai təfəkkürün Mifdəki ifadəsi bütün dünyada eynidi.

və BU TƏFƏKKÜR MƏRKƏZİNDƏN TÖRƏYƏN DİNLƏR DƏ BİRİ-BİRİNİN OXŞARIDI, BU DÖVRLƏRDƏ YARANAN SƏNƏT ƏSƏRLƏRİ DİNİ MOTİVLİ OLMASI DA TƏBİİDİ. VƏ SONRA TOPLUM MÜHƏNDİSLİYİ FƏRQLİLƏŞİR, CÖĞRAFİYAYA, QAZANILMIŞ TƏCRÜBƏLƏRƏ GÖRƏ.

Məsələn , din-dövlət əlaqəsi Şərq ölkələrində hələ də davam edirsə, bu-zamanında irəli hadisə indidə gerizəkalılıq, vaxtdan geri qalmaq, qadağa kimi qarşıya çıxır...

QANUN avropa ölkələrində, şəriət Şərq ölkələrində aparıcıdı..

ƏXLAQI OLAN ADAMA -TOPLUMA QANUN LAZIM DEYİL Kİ...məsələn, rüşvət haram-cinayətdi, din deyir ki, Allah bağışlayandı, QANUN İSƏ OĞRUNU BAĞIŞLAMIR.

Mən Yaponya, İngiltərə haqqında düşündüm: bunlarda qanun az və ya yoxdu..ƏXLAQ ÖNDƏDİ. Bu ölkələrin ADA ÖLKƏ olması onların əxlaQİ DƏYƏRLƏRİNİ GÜCLƏNDİRMİŞ, FİZİKİ QANUNA EHTİYAC QALMAMIŞ.

Belə anlaşılmasın ki, müasir ədəbiyyat ordan-burdançı olmalıdı, baxınca bilinir ki, quramadı, özü deyil.

MƏN ÖZ-DƏ OLAN ÇOXSƏSLİLİK, ÇOXOBRAZLILIQDAN BƏHS EDİRƏM.

Adamın içindəki adam, əsərin içindəki əsər kimi; Hətta biri-birinə bənzəməz.

İndi kimsə, düşüncə anlamında, ata-anasına deyil, heç doğulduğu coğrafiyaya da oxşamır.