Arzu Əsəd : - Müxtəlif ifadələrlə bayram təbrikləri

Dostlarımızdan bəziləri təkcə fiziki şəkildə ac qalanların deyil, qəlbi təmiz, əməli saleh olanların, digəri təkcə ağzı ilə deyil, qəlbi ilə də oruc tutanların bayramını təbrik edirəm kimi müxtəlif ifadələrlə bayram təbrikləri yağdirır. Bu məzmunlu təbriklər əvvəlcədən bar-bar bağırır ki, təbriki yazan "qəlbi təmiz" adamdir. Biz nə vaxtdan özümüzün və başqalarının qəlbini oxuya bilən olduq?
Bizə bu vergi nə vaxt verildi də xəbərimiz olmadı? Min illərin fəlsəfəsi, dini, ədəbiyyatı, psixologiysı, kriminologiyası və s. buna nail olmayıb. Kimin qəlbinin təmiz, kimin qəlbinin çirkli olmağını ölcmək üçün imanometrə necə sahib oldunuz? Allah Rəhman adı ilə viruslardan, bakteriyalardan tutmuş ali sinir sistemi olan insana qədər, günahkar bildiyimiz adamlardan kəramət sahibi sayılan müqəddəs bildiklərimizə qədər kimi bu dünyada hələ yaşadırsa, kimin hələ nəfəsi gedib gəlirsə onun aqibətini, Allaha yaxınlıq, uzaqlıq dərəcəsini - yəni qəlbinin saf və ya çirkli olduğunu kimsə bilə bilməz. Allah bu dunyanı günahsızlıq üçün yox, günahlardan keçib təkmilləşmək uçün yaradıb. Ozümüzü meyar saymayaq, etalon bilməyək. Təkəbbür ən boyük günahlardan biridir
.Əgər sən bir ay oruc tutub nəticədə qəlb oxuduğunu düşünürsənsə və hətta insanları kiminsə qəlbinin təmiz, kiminsə çirkli olduğuna görə ayırmaq dərəcəsində bəsirətli mömin olduğunu düşünürsənsə, demək bu bir aylıq aclıq səni birləşdirici olan Allaha yox, ayırıcı olan şeytana yaxınlaşdırıb.Bayramınız mübarək!