Kəramət : - "Mən" ola bilməyən

YAZARLAR 07:00 / 29.03.2025 Baxış sayı: 1020

 

saxta "MƏN"LİK obrazı..

..ya ümuminin sevimlisi olmaq, ya da əksində dayanmaq; Normal böyüməyən uşağın , daha doğrusu , böyüyə bilməyən adam tipinin ədəbi şəklidir.

..insan sevilmək istər uşaqlıqda, əzizlənər..sonra daxilən də böyüyər, özü öz ayaqları üzərində dayanar fiziki-mənəvi: Bax burda qırılma başlar...bədən böyüyər, duyğu-düşüncə böyüməz...əzizlənmirsənsə, diqqəti cəlb etmək üçün nəyisə qırıb-tökməlisən...bizim müasir ədəbiyyatımız bu iki şəklliylə-halıyla qarşımızdadır.

1. -Əzizlənmək-sevilmək üçün hamının bəyəndiyi rolu qiyafət dəyişdirərək oynamaq ( vaxtı ilə "Kulis"ə verdiyim müsahibədə, sonrakı fikirlərimdə Zəlimxanla Ramizin eyni tribunadan çıxış edib eyni auditoriyaya müraciət etməsni də bu müstəvidə dəyərləndirirdim) uşaqlıq -əzizlənmə ehtiyacının, böyüyə bilib "MƏN"ə çevrilməmək travmasının təzahürü kimi ortaya çıxır..

2.-Diqqəti özünə çəkmək üçün "oyun çıxarmaq", nəyisə qırmaq, hey başqasını qınamaq (kişi şairsə qadını, qadınsa kişini ittihamla ilhamlanmaq), Allahı qadın şəklində, ya əks-cins kimi yatağına çağıran qız-şairə, Bilmədən-oxumadan-öyrənmədən-içindəki uşağı böyütmədən, mənəvi təkamül prosesi keçirmədən, böyüyərkən arada boşluqların, qırılmaların olduğu yarımçıqlıla təzahür edir...əlavə edim ki, təkamüllə ortaya çıxan xarici ədəbiyyatıb təsirini də nəzərdən qaçırmayaq....

Bu yerdə əsrin ziyalı durumunu təsbit edən Kamal Tahirin  ifadəsi qaçılmazdır:

-ÖZÜ ÖZÜNÜ MÜSTƏMLƏKƏLƏŞDİRƏN (bu və ya digər anlamda) ZİYALI AXINI VAR.

.......təbi ki...fikirlərimin açılmasına ehtiyac da duyulacaq, amma, elə düşünürəm ki, ədəbi-mənəvi təkamül keçirənlərlə - "MƏN" ola bilənlərlə söhbətim baş tutur, "bəh-bəh"çilkdən uzaq...

...bir də ədəbiyyatımızın gündəlik işləyişi-görsənişi, meşşan-təsərrüfatı da bunun üzərinə qurulub: İstəmədim enib bu ..bulandırıcılığa bulaşım, cəzb edici olsa da.

Bir də, bir də adlar şərtidir, kimsə mənim hədəfim ...yaxşı-pis anlamda deyil, sadəcə ədəbi fikirlərimi ifadə edirəm, heç də biri-birinə atəş açan tərəfdə deyiləm, çalışıram ki, Ədəbi Ədalət-normal müzakirə-təsbit tərəfdə olum...mümkün qədər. Rəsul Rzanın bir kitabı vardı "Mənim fikrimcə".