Əbülfət Mədətoğlu : -- Məqam ŞEİRİ

Ədəbiyyat 07:10 / 29.03.2025 Baxış sayı: 1203

Barıtı nəmsə , çaxmağın
Payına düşmür ki, günah...
Hədəfə hirsi baxmağın -
Özü ən orjinal silah...


Döyüş adsız bir cəbhədə
Gedir , dərə də təpədə...
Sahildən küsən ləpə də -
Geri dönə bilər sabah...


Özün tox tutan bir ürək,
Nə qədər dözəcək , görək!?
Məni bu meydanda gərək -
Sən tək qoymayasan, Allah!