Elnur Uğur Abdiyev : - Çayların daşmağı qorxulu deyil,

Ədəbiyyat 13:37 / 06.01.2025 Baxış sayı: 590

Çayların daşmağı qorxulu deyil,

Dəhşətli qorxuncdur səbrin daşmağı.

Ən sərt aşırımlar aşıla bilər,

Adam bacararsa özün aşmağı.

 

Çox ilklər ilk deyil gördüyün anda,

Ölüm də son deyil hələ cahanda.

Təlatüm o zaman başlayır canda

Ölərsə məhəbbət- ruhun yaşmağı.

 

Ayaqda olanlar başda başdısa,

Sözə söz bilməzlər ayaq açdısa,

Fikir karvanının yolu daşdısa,

Çıxar ayağından o zər başmağı.