Ələsgər ƏLİOĞLU : - CANIMIN ODUDUR...
...Nəvəm Ələsgər qəfildən ağır xəstələndi.
Allahın kərəmilə hər şey yaxşı qurtardı...
Bu şeiri həmin məqamlarda qələmə aldım...
Yenidən üzərində əl gəzdirib paylaşıram.
Bu nə küləyidi yenə, bilmirəm,
Nələri andırdı mənə, bilmirəm...
Danışa bilmirəm, dinə bilmirəm,
Ağzımda dilim də sözümdən çıxır.
İllərin üstündən yol salmışam mən...
Bir anın içində qocalmışam mən...
Gör necə sapsari saralmşam mən,
Ömrümün fəslidir- üzümdən çıxır...
Sinəmdə ürəkdir,daş deyil, bala,
Məni bu kövrəldən qış deyil, bala...
Gözümdən süzülən yaş deyil, bala,
Canımın odudur- gözümdən çıxır!..
27.10.2024