Ehtiram İlham : - Sinənmi çarpazdı, içinmi bumbuz,
Sinənmi çarpazdı, içinmi bumbuz,
Dağınmı dağ-dağdı, düzünmü düzdü.
Ağlına nə gəldi, düşünmədin ha,
Danışdın, ağzından çıxan nə sözdü?..
Piyada adladı sonsuz çölləri,
Qərinələr təki ötdü illəri.
Keçdi dəryaları, üzdü gölləri,
Səhralar dolaşdı, ormanlar gəzdi...
Qaxıncı baş oldu, başına qaxdı,
Toxumu ac qaldı, acımı toxdu?
Çoxumu azıydı, azımı çoxdu,
Yüzümü bir oldu, birimi yüzdü?
Guya gecə batdı, guya doğdu dan,
Hamını yerində qabladı dövran.
Bəxti qara gələn qul Ehtiramdan
Ömürmü yoruldu, talemi bezdi?..
6.12.24