"Ədalət" qəzetinin iki əməkdaşı MEDİA-nın müsabiqəsində qalib oldu

HÜQUQ 13:46 / 25.07.2025 Baxış sayı: 917

Medianın İnkişafı Agentliyinin (MEDİA) elan etdiyi fərdi jurnalist müsabiqəsinin nəticələri açıqlanıb.

"Ədalət" qəzetinin iki əməkdaşı "Fərdi jurnalist müsabiqəsi"nin qalibi olub.

Belə ki, Nicat Rüstəmov (Novruzoğlu) "Ən yaxşı sosial-iqtisadi təhlil" nominasiyasında, Sübhan Mahmudlu isə  "Ən yaxşı oçerk" nominasiyası üzrə qalib olub.

Qeyd edək ki, qalib gəlmiş jurnalistlərə pul mükafatı təqdim olunacaq.