Əbülfət Mədətoğlu : - Salma...

Ədəbiyyat 10:58 / 02.06.2024 Baxış sayı: 4320

 

(Zarafat damarlı ŞEİR)

Məni qarşılama göz yaşıyla sən,

Məni göz yaşıyla yola da salma...

Ürəyi sonacan dinlə , səbirlə -

Məni olmayandan, ola da salma!..

 

Yarılan qaranlıq, sökülən dandı

Ağrıyan ürəkdi, göynəyən candı!

Mənə Səndən artıq Allah inandı -

Yolumu dağ- daşa, kola da salma!..

 

Susuram, dinmirəm, sükutam bu gün

Haqlısan , bəlkə də, qınamaq üçün!..

Amma , Əbülfəti sınamaq üçün -

Hirsini, hikkəni qola da salma!..