Dəyanət Osmanlı : - Günə ön söz

YAZARLAR 08:16 / 12.03.2025 Baxış sayı: 930

 

Ta yaranışdan bəri, ölənin ardıyca ağlayıb, rəhmət oxuyublar, istər pis, istər yaxşı insan olsun. Bunlar heç də həmişə fərdin fərdə sayğısı, sədaqəti, vicdan hesabı ilə bağlı olmur. Bəzən yeni gələnlər daha acımasız, ədalətsiz, vicdansız əməlləri ilə gedənin (və çıxdaş edilənin) ardıyca özünə də, atasına da rəhmət oxutdurublar. Bu məqamlar əsasən ictimai, siyasi, sosial və digər səlahiyyət müstəvilərində təzahür edir.

Bu yaşı qədim məsələyə təsadüfən toxunmadım. Çünki xəstəliyin səbəbi kökdən gövdəyə gəlir, amma biz budaqları budayıb, xəstə gövdənin daha da güclənməsini təmin edirik.