Fərhad Tapdıqoğlu: - Gərəkdi

(dialoq)
- Salam.
- Əleykümə salam.
- Necəsən? O gözəl dörd qız balaların necədir? Onlara bir qardaş gərəkdir.
- Şükür Allaha yaxşıdırlar.Oğul,ya qız fərqi nədir? Hər biri can meyvəsidir.Hər ailəyə övlad gərəkdir.Valideynlərin başlarını uca eləyən övlad gərəkdir.Bəs sənin o üç gül qız balaların necədir? Valideynlərə qız övladları Allahın əmanətidir.Mənə elə gəlir ki, hər ailəyə qız övladları daha çox gərəkdir.
- Qızlarım da yaxşıdırlar.Onları oxutmaq ,təhsil almalarına şərait yaratmaq istəyirəm.Qızlara təhsil daha çox gərəkdir.
- Keçmişdə qız uşaqları çox doğulan ailədə sonuncu qız övladlarına Bəsti,Qızqayıt,Qıztamam,Qızbəs ,Qızyetər,Yetər,Kifayət və sairə adlar verərdilər ki,ardınca oğlan uşağı gərəkdir.
- Mən bir ailə tanıyırdım ki,o ailədə bir neçə oğlan uşağı doğulanda sonuncuya Kifayət adı qoymuşdular ki,daha oğlan uşàğı deyil, ailəyə qız uşağı gərəkdir.
-Bizim qəsəbədə bir qız uşağının adı Oğlangərəkdi.Bu əvvəllər olub.
- Qardaş ,eşitmişəm sən də yazıçı olmaq eşqinə düşmüsən,yazırsan arabir. Bu mövzuda bir yaxşı əsər yazmaq gərəkdir..
- Sən nə danışırsan? Məndən nə şair ,nə yazıçı olmaz.Onun üçün çox şərtlər var: birinci növbədə çoxlu mütaliə etmək gərəkdir,güclü müşahidə qabiliyyəti gərəkdir.
- Mikayıl Müşviq yazırdı:
" Şairəm söyləyir yerindən duran,
İnsanın üzündə həya gərəkdir"
- Qardaş indi çox adam yazır: şeir də,hekayə də..
Yazsınlar. Amma yaxşı yazsınlar.Yaxşı,gözəl yazılar həmişə gərəkdir...