Əbülfət Mədətoğlu : - Saat diqtəsi

Ədəbiyyat 20:03 / 12.03.2025 Baxış sayı: 697

 

 

Əqrəblər eyni sürətlə

Fırlanır hamımız üçün...

Amma bizlər isə fərqlə -

Duyuruq ,saatın gücün!

 

Kim isə gözlərin asır,

Əqrəbin ucu qarmaqdı...

Hətta əsəbin də qısır -

Bunun adı darıxmaqdı!..

 

Qovmaq istəyən də çoxdu,

Durdurmaq cəhdi olan da!

Bilirik faydası yoxdu -

Zaman limiti dolanda!

 

Mən də vaxtdan giley edən

Sığmıram, nə də vaxt sığmır...

Hələ də bilmirəm nədən -

Qarşıma o saat çıxmır?!.