Daha  bir GÖRÜŞ

MƏDƏNİYYƏT 08:26 / 10.03.2025 Baxış sayı: 8066

Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Junalistlər Birliyinin üzvü, şair-qəzəlxan Lilpar Cəmşidqızının 2017-ci ildə Sumqayıt şəhərində yaratdığı və eyni zamanda sədri olduğu “Çeşmə” Ədəbi Məclisi məlum pandemiya səbəbindən 2019-cu ildə öz fəaliyyətini dayandırmağa məcbur oldu. Nəhayət ki, uzun sürən hicrana son qoyuldu və məclis 8 mart 2025-ci il tarixində yenidən öz fəaliyyətini bərpa etdi.

Bakıda yerləşən “Şahənşah” restoranında fəaliyyətə başlayan məclis "Bəzmigah" Ədəbi Təşkilatı ilə birlikdə ilk görüşünü keçirdi. Məclisə fəxri qonaq qismində dəvət olunan ustad qəzəlxanların - iki Divan müəllifi Gülarə Munis və Xəzər Yazıçılar Birliyinin üzvü Əşrəf Pirşağılının iştirakı

məclisdə iştirak edən 14 nəfərdən ibarət digər şairlərin sevincinə səbəb oldu. Çıxış üçün ilk söz məclisin sədri Lilpar Cəmşidqızı tərəfindən şairə Gülarə Munisə verildi. Məclisin öz fəaliyyətini bərpa etməsi münasibətiylə təbriklərini bildirən şairə xanım sonra öz qəzəllərindən bir neçəsini

iştirakçılara təqdim etdi. Qəzəlxan Əşrəf Pirşağılının da təbriklərini qəbul edən məclis

iştirakçıları sonda ustadın böyük şövqlə söylədiyi qəzəlləri də maraqla dinlədilər. Sonra söz

məclisdə iştirak edən digər şairlərə verildi. Şairlərdən Rüstəm Hacıyev, Elşad Xaqan Davudoğlu, Əliyar Mərdiyev, Mehdi Ağa, Azər Vahid, Ələkbər Qürub, Murad Mahir, Fuad Əziz, Xəzər Yazıçılar Birliyinin üzvü Araz Əfəndi və Əlhəm Dəşti ardıcıl olaraq öz qəzəllərini söylədilər. Sonra Sumqayıtdan olan şair Səadət

Salmanqızı öz şeirlərini məclis iştirakçılarına təqdim etdi. Daha sonra “Çeşmə”Ədəbi Məclisinin

sədri qəzəlxan Lilpar Cəmşidqızının söylədiyi bir neçə qəzəli məclis iştirakçıları məmnuniyyətlə dinlədilər. Görüşdə iştirak edən şairlər məclisin fəaliyəti üçün şərait yaratdığına görə “Şahənşah”

restoranının rəhbəri Rəşid Süleymanova təşəkkürlərini ünvanladılar. Maraqla keçən gözəl şeir məclisi sona çatdıqdan sonra yenidən ayda bir dəfə görüşmək ümidi ilə ayrıldılar.