Camal Yusifzadənin öz səsi ilə

Mənim yaşımda heç kim məhhəbbətdən ölməyib hələ...
Mənim yaşımda
Heç kim məhəbbətdən
ölmayib hələ,
Mən də ölmərəm.
Ölmərəm , ancaq
Görünür yaşamaq çətin olacaq.
Mənim yaşımda birisi yumar gözünü,
Yıxılar həsrətin daş hasarından
Başqa birisinin qolları üstə.
Mənim yaşımda
Zənciri qırılmış dəli bir fəryad,
Sərsəri başına bir cüt diz tapar.
Başqa birisi də bıçaq yerinə
Ruhunu soymağa bir cüt göz tapar.
Nə isə,
Mənim yaşımda , yaşayır bu dövrü
hərə bir təhər.
Nə isə, nə isə.......
Mənim yaşımda
Heç kim məhəbbətdən
ölməyib hələ,
Mən də ölmərəm...