Ağaevli Əli Hacı : -Sən getmisən...

Ədəbiyyat 09:50 / 12.03.2025 Baxış sayı: 908

Sən getmisən,çıxıb gedib

Sevinc,səbir,bir də dözüm !

Səni yerdə itirmişəm,

Ölüb,səni göydə gəzim ?!

 

Əl-yastığım,daş-döşəməm

Gəl,indi sənsiz üşümə !

Can dağılıb,ələ düşmə...

Evə gəlmir iki gözüm !

 

Yağış-suyum,güman-çətrim

Yaşamağın itib ətri !

Bəndləşsədə hər bir sətrim,

Sənlə bitir hər bir sözüm !