Şakir Xanhüseyn : - Baş işləmirsə,

 

Ədəbiyyat 12:10 / 12.03.2025 Baxış sayı: 868

***

Baş işləmirsə,

hə, mən elə bunu deyəcəkdim,

baş işləmirsə-

əgər baş əyirib-toxumursa,

əlini ağdan qaraya vurub

nəyəsə, ən azından, toxunmursa,

əlin, ayağın,

mədənin, nə bilim, ödün, dalağın

işləməsi boş şeydir,

yəni əsas başa, başdakına-

başda nə var nə yox ona

baxmaq lazım...

təəssüf ki, insan həmişə

quyruqdan yapışmağa səy edir,

qafadan- başdan deyil,

bunu belə bil...