Bəhram Bilaloğlundan ÜÇ ŞEİR

Məni yıxılmağa qoymayın nolar,
Arzu limanına çatmamışam mən.
Gözləri yol çəkən,qəriblər kimi,
Qayıtmaq istəyin atmamışam mən.
Mənə ümid verin,həvəs də verin,
Boy atım dünyanın dərinliyinə.
Çəkdiyim qəmləri unutmaq üçün,
Aparın fikrimi qərinəliyə.
Bəxti yazılanlar diyarna gedim,
Sorğular aparım taledən ötrü.
Mənim taleyimi,bu cür yazana,
And içim həyatdan,tələdən ötrü.
***
Elmin hasilini müyəssər etdim,
Suallar cavabsız qalmadı,şahım.
Verdiyin qələmlə yazıram,indi,
Yazdığım dəftər də,dolmadı,şahım.
Ümidim bitmədi yolunda heç vaxt,
Yaşadım eşqinlə,mərhəmətinlə.
Ən böyük sərvətim söz oldu mənim,
Daşıdım sinəmdə,mərhəmətimlə.
Becərdim,su verdim həyat naminə,
Axsın könüllərə,ovutsun bir az.
Kimliyim adınla çəkiləcəksə,
Çıxsın qoy ərşinə ovunsun bir az.
Misralar ruhumun şah damarıdı,
Anlayan bilir ki,toxunmaq olmaz.
Sözə dəyər verən,sözlə yaşayan,
Nadana sığınmaz,onunla qalmaz.
***
Yenə duman çökür,
Daşların üstə.
Yenə human çəkir,
Azanı büstə.
Qalıb,iki varlıq,
Düşüncə içrə.
Yayır düşüncəni,
Eyləyir qətrə.
Kimi fəryadına,
Allahı səslər.
Kimi də heykəli,
Tanrısı bəslər.
****
Vəhdət olmayınca,
Yıxılar insan.
Özü öz içindən,
Yox olar insan.
Pozmayın izimi,yaşasın, deyin,
O, iz yaşamağı haqq edib,bəşər.
İlahi ruhuma üfürdüyü an,
Ruhumdan süzüldü,belə bir kədər.