Arzu Əsəd : - Bu gün hamının malı bazardadır,

YAZARLAR 12:10 / 15.03.2025 Baxış sayı: 716

Bu gün hamının malı bazardadır, yəni sosial şəbəkələrdə. Bu bazara uyğunlaşmaq lazımdır.

Lakin malları dəyişdirməklə yox. Qızıl satan yenə qızılını satsın.

Çox satılır, çox adam alır deyə qızıl, brilyant adına büjiteriya satmağa keçməsin.

Müflisləşməyibsinizsə, yenə qızılınızı satın.Qoy alan min nəfər yox, on nəfər olsun, amma qızıl alıcısı olsun.

Sənət, fəlsəfə bir həddə qədər kütləviləşə bilər. Alıcısı çox olsun deyə qızılın qiymətinı aşağı salmaq olmaz.

Aşağı salınırsa da, demək, o, qızıl deyil. Mürəkkəb fikirlərin ifadəsi də mürəkkəblik tələb edir.

Fəlsəfə heç vaxt kütlənin malı olmayıb. Filosof düşüncə adamıdır, təcrid əhlidir, fasiləsiz danışıq adamı deyil. Kütləyə fəlsəfə başa salıram iddiasından daha absurd, daha komik iddia ola bilməz. Özünüzü kütlənin adamı görmək istəyirsinizsə siyasətçi olun, aktyor olun, tiktoker olun, bloqer olun...

Keçin insanların sosial məsələlərindən, məişət həyatından danışın. Nə vacibdir elə adınızın əvvəlində bir filosof titulu da olsun?

Meyarları bu qədər ucuzlaşdırmayın. Nəticə etibarilə, meyarlar yenə öz yerində qalacaq, ucuzlaşan özünüz olacaqsınız.