Ağaevli Əli Hacı - İlahi...

Ədəbiyyat 13:40 / 16.03.2025 Baxış sayı: 380

İlahi ! sevincin düşdü əlimdən,

qəmini pay kimi daşıya bildim !

Sənin sağlığına içdim ömürdən,

sənin sağlığına yaşaya bildim !

 

Ağrım doğulan tək yeriyə bildi

əlində qılıncı,dilində odu !

Əkdiyim çiçəklər öz bənzərimdi

o,da yaz üzünə güləndə öldü !

 

Bütün ucalığa çıxmağa dəyər,

aşağı düşməyi öyrədə bilsə .

Ömrü düz xətt ilə bitirmək olar,

ömür də düz gəlib əyridə bit