Arzu Əsəd : - məbədlər kimidir kasıb insanlar

Ədəbiyyat 12:43 / 16.03.2025 Baxış sayı: 407

məbədlər kimidir kasıb insanlar

uçulmuş, sökülmüş görkəmləriylə,

qırılmış, tükənmiş arzularıyla...

varlıqlarındakı yoxluqlarıyla,

 

boşluqları saran ümidləriylə,

heçliklərə varan sevdalarıyla,

gurlayan, parlayan insanların yanında

susqunluqlarıyla, solğunluqlarıyla,

köpürən, daşıran zamana baxıb

şaşqınlıqlarıyla, durğunluqlarıyla

məbədlər kimidir kasıb insanla