"Azərbaycana bir neçə milyard dollarlıq silah-sursat vermişik" - Paşinyan

SİYASƏT 13:40 / 13.06.2024 Baxış sayı: 1981

"Azərbaycana bir neçə milyard dollarlıq silah-sursat vermişik". 

Yenises.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib. 

Baş nazir 44 günlük müharibə və antiterror əməliyyatından sonra Azərbaycanın separatçı rejimdən müsadirə etdiyi silah-sursatları xatırladaraq deyib: "2020-ci ildən sonra Qarabağa 1 milyard dollardan çox pul verdik. Həmin şəraitdə belə bizi vətənə xəyanətdə ittiham edən Qarabağın qarafeodal elitasının nümayəndələri iki saat ərzində təslim oldular. 2 saat ərzində Ermənistan xalqının çəkdiyi əziyyətlər bahasına əldə edilən bir neçə milyard dollarlıq silah-sursatın sıra ilə, işlək vəziyyətdə Azərbaycana təhvil verilməsi kiçik məsələ deyil.

Klerikal-feodal elitasına açıq şəkildə demək istəyirəm ki, siz Ermənistanda hakimiyyəti dəyişə bilməzsiniz, çünki siz əslində xalqdan doğan və xalqdan qidalanan legitimlik qarşısında acizsiniz".