“Azərbaycan bu gün Cənubi Qafqazda öz sözünü deyən, öz yerini bilən və lider bir dövlətdir."

SİYASƏT 14:00 / 25.07.2025 Baxış sayı: 3002

“Azərbaycanlıların Rusiyada təqib olunması, diaspor təşkilatları rəhbərlərinin təhdid edilməsi, təhqir edilməsi, onların saxlanılması bir daha göstərir ki, Rusiya Azərbaycana qarşı yanlış mövqedədir və kiminsə öyrədilməsi, kiminsə təhriki ilə azərbaycanlılara qarşı sui-qəsdlər, terror aktları törədilir və soydaşlarımız orada incidilir. Belə olan halda, Rusiya ilə münasibətləri necə yaxşılaşdırmaq olar? Əlbəttə ki, bu suala cavab verilməlidir. Rusiyanın rəsmi dairələri faktları araşdırmalıdırlar, hadisələrdən xəbərdar olduqları halda, cinayətkarların cəzalandırılması üçün addımlar atılmalıdır və bu barədə ictimaiyyətə geniş məlumatlar verilməlidir”.

 

Yenises.az  xəbər  verir ki, bu  mövzu  ilə  bağlı   deputatı Tahir Rzayev danışıb.

“Azərbaycan prezidenti öz kəskin etirazını ortaya qoyur, öz fikirlərini bildirir ki, bu da Azərbaycanın milli maraqlarının qorunması və Azərbaycan xalqının hüquqlarının təmin edilməsidir. “III Şuşa Qlobal Media Forumu”nda Azərbaycan Prezidentinin çıxışı tək bir Azərbaycan üçün deyil, dünya dövlətləri öz müstəqilliyini, suverenliyini qoruyan hər bir ölkə üçün qiymətli töhfədir, çağırışdır, bəyanatdır. Müstəmləkəçiliyə, terrora, sui-qəsdə can atan ölkələr üçün ciddi mesajdır. Çünki terrorun, sui-qəsdin axırı yoxdur və bu əməllərlə də münasibətləri yaxşılaşdırmaq, dövlətləri bir məqsəd uğrunda birləşdirmək mümkün deyil.

Cənab Prezident öz bütün çıxışlarında sülhün, əmin-amanlığın, təhlükəsizliyin təmin edilməsinə tərəfdar olduğunu bildirir və bunu həyata keçirir. Prezident bildirir ki, Cənubi Qafqazda sülhün bərqərar edilməsi, nəinki qonşu dövlətlər, həmçinin dünya ölkələri üçün çox vacibdir. Çünki bir çox əhəmiyyətli nəqliyyat marşrutları Azərbaycandan keçir”-deyə Tahir Rzayev qeyd edib.

“Azərbaycan bu gün Cənubi Qafqazda öz sözünü deyən, öz yerini bilən və lider bir dövlətdir. Prezident İlham Əliyevin apardığı siyasət bu gün əməkdaşlığa, münasibətlərin yaxşılaşdırılmasına, inkişafa, demokratiyaya xidmət edir. Bunu “III Şuşa Qlobal Media Forumu” bir daha sübut etdi. Dünyanın 50 ölkəsindən çoxsaylı mətbuat işçilərinin, media nümayəndələrinin iştirak etdiyi bu forumda ölkə rəhbəri özünün aydın və bəşəri ideyalarını, dünya xalqları üçün əhəmiyyətli olan fikirlərini ortaya qoydu, dünyada sülhün və əmin-amanlığın vacib olduğunu qeyd etdi”.