Aydın Quliyev -  Adnan Əhmıdzadənin talançılıq əməllərinə doğru yanaşmaq lazımdır...

HÜQUQ 11:10 / 21.09.2025 Baxış sayı: 2664

 

Adnan Əgər Rusiyanın başında duranlar Azərbaycan neftinə qarşı təxribatı Adnan adlı adi bir neft oğrusunun əli ilə törətməyi planlayıblarsa, mən onların ağlına şübhə edirəm.Rusiya o qədər korəfəhim oldu ki, neftimizə bir neçə ton zərərli maddə qarışdırmağın heç bir uzaq nəticələrinin olmayacağını öncədən hesablaya bilmədi?! Halbuki məsələnin mahiyyəti cəmi bir neçə günün içində açıldı və Azərbaycan neftinin əvvəlki qaydada əvvəlki müştərilərə çatdırılması bərpa olundu.Belə savadsız əməliyyatın dalında dövlət ağlı yox, olsa- olsa elə Adnan kimi fərdi düşüncə sahibləri dayana bilər.Sözsüz ki, Adnan Əhmədzadə Azərbaycan neftinə qarşı təxribatı tək törətməyib.Əgər bu işin dalında həqiqətən o dayanırsa..Mən buna da şübhə edirəm...

Hər şey aydınlaşacaq ...Adnanın milyonların halal sərvəti sayılan nefti necə talan etdiyi, SOKAR- ın İnvestisiya departamenti kimi strateji bir posta onun necə təyin edilməsi, dövlət əmlakını məhz vəzifəsindən sui- istifadə ilə mənimsəyərək özəl sektora necə adladığı,hər şey aydınlaşacaq...

Ancaq əminəm ki, Adnanın adi iqtisadi talançılıq fəaliyyətini qloballaşdıraraq Rusiya kəşfiyyatı ilə, Qərb kəşfiyyatı ilə və sairlə çox hay- küçük formada əlaqələndirən media təhlilçilər yanlış yoldadır.Adnanı qloballaşdlrmaq səhvdir.O, sadəcə olaraq özü kimi iqtisadi talançılarla əlbirlikdə hərəkət edib və əyri yollarla varlanmaq onun gözünü o qədər tutub ki, göstərdiyi fəaliyyətin dövlətin iqtisadi- siyasi, strateji maraqları ilə nə qədər ziddiyyətə girdiyinin fərqinə varmayıb....Vəssalam...Bu qədər...Yoxsa Adnanı az qala " dünyanın taleyini həll edən qlobal iqtisadi , maliyyə, ticarət gücü" səviyyəsinə qaldırmaq mənə gülməli gəlir...