MARTDA  11 gün iş olmayacaq

HÜQUQ 18:09 / 03.12.2025 Baxış sayı: 1205

Qarşıdan  gələn 2026-cı  ilin Ramazan bayramında  11  gün , yəni  20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 mart qeyri-iş günü olacaq.

Yenises.az  biildirir ki, bu barədə Nazirlər Kabinetinin qərarında məlumat yer alıb.

2026-cı il 21 və 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf edir. Əmək Məcəlləsinin tələblərinə əsasən, 25 və 26 mart qeyri-iş günləri olacaq. Gələn il martın 20, 21-i Ramazan bayramıdır. Əmək Məcəlləsinə əsasən, Ramazan bayramı iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab edilir. Beləliklə, Əmək Məcəlləsinin tələbinə əsasən növbəti iş günləri 27 və 30 mart tarixləri də qeyri-iş günü olacaq.